Rusiya nümayəndələri Qarabağa qanunsuz səfər edib

Rusiya nümayəndələri Qarabağa qanunsuz səfər edib
  27 Avqust 2013    Oxunub:1401
Onların arasında Rusiyanın kəşfiyyat orqanlarının keçmiş əməkdaşı Anna Çapman da var.
Rusiyadan olan bir qrup şəxs işğal olunan ərazilərimizə səfər edib

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Anna Çapman, hazırda Rusiyanın "Ren TV" kanalında "Dünyanın sirləri" verilişinin müəllifi və aparıcısıdır.

Nümayəndə heyətinin tərkbində Rusiya ictimai palatasının üzvü Denis Dvornikov, hüquq müdafiçəsi Sergey Karnauxov və Dairy Nyusun müxbiri Aleksandr Rijkov da yer alır.

Onlar bu gün qondarma qurumun rəhbərliyi ilə görüşüb. Qeyd edək ki, səfər Erməni - Rus əməkdaşlığı təşkilatının təşəbbüsü il baş tutub. Məsələ Azərbaycan Xarici İşlər nazirliyində araşdırılır. Yeri gəlmişkən, Anna Çapman Rusiya kəşfiyyatçısı kimi ABŞ-da ifşa edilərək, ölkədən qovulmuşdu.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti