Parlament etiraf etdi - Ölkədə humanitar böhran var

Parlament etiraf etdi - Ölkədə humanitar böhran var
  15 Mart 2017    Oxunub:1432
Venesuela Milli Assambleyası ölkədə humanitar böhranın olduğunu etiraf edən qanunu qəbul edib.
Bu barədə AzVision.az “rİa Novosti”yə istinadən xəbər verir.

Bundan əlavə parlamentin iclası zamanı ölkənin ərzaqla təminatına dair problemlərin araşdırılmasına dair komissiyanın yaradılması qanunu da təsdiqlənib.

“Hökumətin humanitar sahədə fövqəladə vəziyyət elan etməsi məntiqli olardı, lakin bunun əvəzinə onları həqiqəti gizlətməyə və istehsalı məhv etməyə cəhd edirlər”, - deyə Parlamentin sədri Xulio Borxes bildirib.

O, həmçinin əlavə edib ki, ölkədə aclıq və yoxsulluq məsələlərinin aradan qaldırılması yollarını tapmaq lazımdır və hökuməti humanitar kanal açmağa çağırıb.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Venesuela  





Xəbər lenti