Rusiyada böyük terror aktının qarşısı alınıb

Rusiyada böyük terror aktının qarşısı alınıb
  15 Mart 2017    Oxunub:1281
Rusiya xüsusi xidmət orqanları Moskvada planlaşdırılan terror aktının qarşısını alıb.

AzVision.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, martın əvvəlində Moskva aeroportlarından birində İstanbuldan gələn Tacikistan vətəndaşı M.İzatillo yoxlanış tədbirləri çərçivəsində saxlanılıb.

İzatillo ömürlük həbs olunacağını, Tacikistana deportasiya ediləcəyini başa düşdükdə telefonunu sındırmağa çalışıb, sonra qayçını boynuna sancaraq, boğazını kəsməyə cəhd edib. O, dərhal xəstəxanaya çatdırılıb.

Aparılan istintaq tədbirləri zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək məqsədi ilə gəldiyini etiraf edib.

O, 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə keçirilən bayram tədbirləri zamanı özünü partlatmağı planlaşdırırmış.

Faktla bağlı araşdırmalar aparılır.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Rusiya   Terror  





Xəbər lenti