Türkiyə-Hollandiya qalmaqalına Rusiyanın reaksiyası

Türkiyə-Hollandiya qalmaqalına Rusiyanın reaksiyası
  13 Mart 2017    Oxunub:2909
Rəsmi Moskva Türkiyə və Hollandiya arasında yaranan gərginliyin azaldılması üçün ölkələri təmkinli olmağa və konstruktiv mövqe sərgilməyə çağırıb. AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
RF rəsmisinin sözlərinə görə, Kreml gərginliyin aradan qaldırılmasında vasitəçilərə ehtiyacın olmadığını düşünür: “Bu vəziyyətdən yalnız iki ölkənin özü çıxa bilər”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Rusiya  





Xəbər lenti