Türkiyə Hollandiyaya iki nota verdi - Diplomatik qalmaqal

Türkiyə Hollandiyaya iki nota verdi - Diplomatik qalmaqal
  13 Mart 2017    Oxunub:4622
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə iki etiraz notası təqdim edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk nota Fatma Betül Sayan Kaya və onun yanındakı nümayəndə heyətinin məruz qaldığı durumla bağlıdır. Notada nazirə qarşı edilən hərəkətin beynəlxalq qanunlara zidd oluduğu bildirilib.

İkinci notada isə Hollandiya polisinin konsulluq önündə türklərə qarşı sərt müdaxiləsi ilə bağlıdır.

Digər tərəfdən Hollandiyanın Ankaradakı səlahiyyətli nümayəndəsi üçüncü dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu   Hollandiya  





Xəbər lenti