Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər 7 mart tarixində Moskvaya yola düşməliymişlər. Onların əlində içərisində 17 milyon rubl pul olan 3 çanta olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı xəbərdar olub. Məhz buna görə, onlar avtomobillə azərbaycanlıların yaşadığı binaya gələrək liftin qarşısında hədəfi gözləyiblər.
Qapılar açılan kimi adı açıqlanmayan 37 yaşlı şəxs soyuq silahla biznesmenlərin başlarından vurub. Daha sonra hər iki azərbaycanlını güllələyiblər. Hazırda cinayəti törədən qrupun bütün üzvləri saxlanılıb və ifadələri alınıb. Faktla bağlı istintaq davam etdirilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Rusiya Krasnodar Qətl İşadamı