Tramp Ermənistan vətəndaşının oğluna vəzifə verdi

Tramp Ermənistan vətəndaşının oğluna vəzifə verdi
  13 Mart 2017    Oxunub:2401
Con Hantsman ABŞ prezidenti Donald Trampın bu ölkənin Rusiyadakı səfiri olmaq təklifini qəbul edib. AzVision.az “New York Times”a istinadən xəbər verir ki, Yuta ştatının sabiq qubernatoru Respublikaçı Hanstman keçmiş prezident Barak Obamanın dövründə 2009-2011-ci ildə Çində səfir işləyib.
Onun atası Con Hantsman ermənipərəst fəaliyyəti ilə seçilir. O, 1988-ci ildə Spitak zəlzələsindən sonra Ermənistana kömək edib. O, öz ailəsi ilə birgə 25 il ərzində 46 dəfə Ermənistanda olub.

Ata Con Hantsman məktəb və xəstəxanaların tikintisi üçün ümumilikdə Ermənistana 50 milyon dollar dəyərində vəsait ianə edib. Onun təqaüdləri hesabına xeyli erməni Yuta universitetində təhsil alıb. Ata Con Hantsmana Ermənistan vətəndaşlığı verilib və ona iki şərəf ordeni ilə təltif edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tramp   Səfir   Rusiya  





Xəbər lenti