Ərdoğan Avropanı hədələdi: "Bunun bədəlini ödəyəcəksiniz"

Ərdoğan Avropanı hədələdi: "Bunun bədəlini ödəyəcəksiniz"
  13 Mart 2017    Oxunub:40826
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya ilə yaşanan siyasi qalmaqala yenidən münasibət bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Hollandiyaya sərt xəbərdarlıq edərək, bu ölkənin son hadisələrə görə cavab verməli olduğunu bildirib.

“Bunun cavabını alacaqsınız. Yaşanan hadisələr, şahidi olduğumuz mənzərə tamamilə islamafobiyanın təzahürüdür. Qərb gerçək üzünü ortaya qoydu. Mən hadisələr baş verəndən onların faşist olduğunu deyirdim. Bütün bunların bədəlini ödəyəcəklər. Onlar demokratiya nədir, onu da öyrənəcəklər”

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Ərdoğan   Qalmaqal   Avropa  





Xəbər lenti