Türklər Hollandiyada etiraza qalxdı - Video

Türklər Hollandiyada etiraza qalxdı - Video
  12 Mart 2017    Oxunub:2820
Türklər Hollandiyanın Roterdam şəhərində etiraza qalxıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir Fatma Betül Kayanın avtomobilinin Roterdamda saxlanılmasına etiraz edən türklərə polis güc tətbiq edib.

Nümayişçilər arasında xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, ötən gündən başlayaraq Türkiyə ilə Hollandiya arasında diplomatik qalmaqal yaşanır. Buna səbəb Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Hollandiyaya buraxılmamasıdır. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Rotterdamdakı Baş Konsulluğa yollanarkən polis tərəfindən saxlanılması etirazları daha da artırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Niderland səfirinin istirahətdən sonra geri dönməsini arzu olunmaz hesab edir.



AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Qalmaqal   Çavuşoğlu   Etirazlar  





Xəbər lenti