Moskvada bomba təhlükəsi

Moskvada bomba təhlükəsi
  12 Mart 2017    Oxunub:1958
Moskvanın "Arlekino" kinoteatrına partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub. Məlumatdan sonra 1400-ə yaxın insan ərazidən təxliyə edilib.

Bu barədə "İnterfax"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Mənbənin sözlərinə görə, partlayıcı qurğunun qoyulması barədə anonim məlumatdan sonra kinoteatrda təxliyə işləri başlayıb.

Aparılmış axtarış işlərindən sonra partlayıcı qurğu barədə məlumat öz təsdiqini tapmayıb.

AzVision.az


Teqlər: Rusiya   Moskva  





Xəbər lenti