Ərdoğan Avropa ölkəsinə meydan oxudu, onları faşist adlandırdı

Ərdoğan Avropa ölkəsinə meydan oxudu, onları faşist adlandırdı
  11 Mart 2017    Oxunub:1766
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan XİN rəhbəri Mövlud Çavuşoğlunun Hollandiyaya buraxılmamasına etirazını bildirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu hərəkətində görə Hollandiya hökumətini faşist adlandırıb.

“İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək. Nazirimizin təyyarəsinə icazə verməyin, görək, sizin təyyarələriniz Türkiyəyə necə gələcək”- Ərdoğan deyib.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib.

AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə   Hollandiya  





Xəbər lenti