Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb
  09 Mart 2017    Oxunub:1270
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyədə 2016-cı il 15 iyulun dövlət çevrilişinə cəhddən sonra iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi 11 oktyabr və 3 yanvar tarixlərində 3 ay müddətinə uzadılıb. Bu qərarın daha 3 ay uzadılması ilə Türkiyədə fövqəladə vəziyyət rejiminin 1 ili tamam olacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti