Sarkisyan Ollandla Qarabağı müzakirə edib

Sarkisyan Ollandla Qarabağı müzakirə edib
  09 Mart 2017    Oxunub:3837
Parisdə Fransa prezidenti Fransua Ollandla Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Ollanda görüşdən sonra bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.

"Biz ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədriyik. Son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, - deyə Fransa prezidenti vurğulayıb.

AzVision.az


Teqlər: Fransa   Olland   Qarabağ  





Xəbər lenti