“Qarabağda yeni müharibə ola bilər” – Uorlik

“Qarabağda yeni müharibə ola bilər” – Uorlik
  08 Mart 2017    Oxunub:5190
"Dağlıq Qarabağ münaqişəsi bölgəsində status-kvo sabit deyil və müharibə təhlükəsi yaradır".
AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.

“Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək”, - deyə Uorlik vurğulayıb.

Amerikalı sabiq həmsədrin sözlərinə görə, regionun əhalisi sülhə layiqdir: "Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması haqqında da danışmaq lazımdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ   Ermənistan   Azərbaycan  





Xəbər lenti