“Almaniya bizə demokratiya dərsi keçməsin” – Çavuşoğlu

“Almaniya bizə demokratiya dərsi keçməsin” – Çavuşoğlu
  08 Mart 2017    Oxunub:2411
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu ölkənin Hamburqdakı konsulluğunda Almaniya hökumətinin vətəndaşlarla görüş keçirmək üçün zal verməməsinə narazılığını bildirib.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Çavuşoğlu vurğulayıb ki, o, yalnız Almaniyada türk icmasının nümayəndələri ilə görüşmək istəyib və dost Almaniyaya qarşı heç bir siyasi bəyanatla çıxış etmək niyyətində olmayıb.

Onun sözlərinə görə, Almaniya rəhbərliyi müxtəlif bəhanələrlə ona türk icmalarının nümayəndələri ilə görüşmək üçün zal verməyib: “Bu zallar başqa tədbirlərin keçirilməsi üçün təqdim olunanda problem olmur. Lakin Türkiyə XİN rəhbəri istəyəndə orada hər hansı əngəllər baş verir. Almaniya Türkiyəyə demokratiya və insan haqları dərsi deməyə cəhd etməsin”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Almaniya   Çavuşoğlu  





Xəbər lenti