Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq
  08 Mart 2017    Oxunub:1236
ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını qeyd edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərə açıqlamasında zamanı bildirib: “Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar qüvvədə qalacaq”, - deyə Toner söyləyib.

Bu arada ABŞ Ədliyyə Nazirliyinin rəhbərinin müavini postuna namizəd Rod Rozenstayn prezident Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyini istisna etməyib. Rod Rozenstayn həmçinin ABŞ-da keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıracağını vəd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti