Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dinləmələrdə Azərbaycan–Avropa İttifaqı əlaqələrinə dair geniş məruzə ilə çıxış edib.
Azərbaycan–Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avropa Xarici İşlər xidmətinin Şərq tərəfdaşlığı şöbəsinin müdir müavini Adriano Martins, Avrasiya Tədqiqatları Mərkəzini, Global Enerji Mərkəzini və eləcə də Atlantik Şuranı təmsil edən, ABŞ-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə, Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə baş tədqiqatçısı Amanda Pol mövzu ətrafında çıxışlar etmiş və Azərbaycan ilə Avropa İttifaqı arasında hazırlanmaqda olan yüksək səviyyəli əməkdaşlıq sazişinin əhəmiyyətindən, sənəddə nəzərə alınmalı olan xüsusiyyətlərindən və ümumiyyətlə, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərindən danışıb, eləcə də Cənubi Qafqaz regionunda mövcud durum, Ermənistan-Azərbaycan barədə ətraflı məlumat veriblər.
Panel iclaslarında çıxış edən LİNKS qeyri-hökumət təşkilatının direktoru Denis Sammut, Avronest PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Rövşən Rzayev, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Kamran Bayramov, İqtisadi və sosial inkişaf üzrə Elmi Mərkəzin tədqiqatçısı Əhməd Əlili Avropa İttifaqı–Azərbaycan qarşılıqlı münasibətlərinin müxtəlif istiqamətlərində inkişafından və əməkdaşlıq potensialından danışıblar.
Tədbirin sonunda çıxışçılar tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
AzVision.az
Teqlər: AvropaParlamenti Dinləmələr Azərbaycan