Nazarbayev gələn ay Bakıya gələcək

Nazarbayev gələn ay Bakıya gələcək
  07 Mart 2017    Oxunub:1172
Gələn ay Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.

Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm".(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti