Mosulda 135 İŞİD terrorçusu öldürülüb
Məlumata görə, hökumət qüvvələrinin hücumu nəticəsində 135 silahlı öldürülüb, həmçinin 24 minalanmış nəqliyyat vasitəsi məhv edilib, 156 müxtəlif partlayıcı qurğu zərərsizləşdirilib.
İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.
AzVision.az