Almaniya Çavuşoğlunun tədbirini ləğv edib? - Yenilənib

Almaniya Çavuşoğlunun tədbirini ləğv edib? - Yenilənib
  07 Mart 2017    Oxunub:1473
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Hamburq şəhərində iştirak edəcəyi tədbirin ləğv edilməsi haqda xəbər öz təsdiqini tapmayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tədbir ləğv edilməyib, məkan dəyişdirilib.


“Hamburqda tədbir ləğv edilməyib, sadəcə məkanı dəyişib”, deyə diplomatik mənbə söyləyib.

Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlun Almaniyanın Hamburq şəhərində iştirak edəcəyi tədbir ləğv edilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış edəcəkdi.

Yerli hökumət görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib.

Qeyd edək ki, son günlər Türkiyə ilə Almaniya arasında münasibətlər kəskin pisləşib.

AzVision.az


Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti