Ərdoğan və Putin Moskvada nəyi müzakirə edəcək?

Ərdoğan və Putin Moskvada nəyi müzakirə edəcək?
  07 Mart 2017    Oxunub:2270
Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvada Suriya münaqişəsinin nizamlanma prosesini müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.

“Türkiyə və Rusiya prezidentlərinin görüşünə ticarət, iqtisadiyyat, sərmayələr, birgə infrastruktur layihələri və əlbəttə ki, xarici siyasət əməkdaşlığı, hər şeydən öncə isə Suriya böhranının tənzimlənməsi daxildir” – Lavrov əlavə edib.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri martın 10-da Moskvada görüşəcək.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Moskva  





Xəbər lenti