Rusiyada general rüşvət üstündə həbs olundu

Rusiyada general rüşvət üstündə həbs olundu
  06 Mart 2017    Oxunub:1358
Rusiya Daxili Qoşunların komandanının sabiq müavini, (hazırda Rusiya Qavardiyası adlanır) General-leytinant Vyaçeslab Varçuk rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Vyaçeslab Varçuk rüşvət aldığına görə saxlanılıb. Hazırda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Öz növbəsində Rusiya Qvardiyası direktorunun müşaviri Aleksandr Xinşteyn keçmiş komandan müavininin həbsi faktını təsdqiləsə də hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyib.

AzVision.az


Teqlər: Rusiya   General   Həbs  





Xəbər lenti