Almaniya XİN: “Türkiyə ilə münasibətlərimiz gərgindir”

Almaniya XİN: “Türkiyə ilə münasibətlərimiz gərgindir”
  06 Mart 2017    Oxunub:1464
“Türkiyə ilə münasibətlərimiz hazırda çox gərgindir. Almaniya və Hollandiya hökuməti AKP üzvlərinə bu ölkələrdə “Referenduma Hə” kampaniyası aparmağa icazə verməyib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqına üzv dövlətlərin xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısında bildirib.

“Hazırda əsas işimiz iki dövlət arasında münasibətləri normallaşdırmaqdır. Hər kəs bunun üçün bütün imkanlardan istifadə etməlidir”, - Z.Qabriel vurğulayıb.

Xatırladaq ki, martın 3-də Almaniyanın Ankaradakı səfiri Martin Erdman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə görüş zamanı XİN nümayəndələri Almaniya rəhbərliyinin Türkiyə ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə planlaşdırılan mitinqin keçirilməsinə icazə verilməməsi ilə bağlı narahatlığını izah ediblər.

Bundan sonra Almaniya hökuməti Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykalın “Referenduma Yox” seçki kampaniyası aparmasına icazə verib.

Qərara münasibət bildirən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, “Almaniaya “Yox”a icazə verməklə referenduma mövqeyini ifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti