Moskvada kritik Qarabağ danışıqları başlayır

Moskvada kritik Qarabağ danışıqları başlayır
  06 Mart 2017    Oxunub:2473
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.

Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.

“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər”, - deyə məlumatda bildirilib.

Xəbərdə, həmçinin 2016-cı ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsinin 1954,3 milyon dollar olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Qarabağ   Moskva  





Xəbər lenti