İŞİD liderinin yaxın qohumu tutulub

İŞİD liderinin yaxın qohumu tutulub
  06 Mart 2017    Oxunub:1214
Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanılıb.

“RİA Novosti”nin yaydığı xəbərə görə, onun Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Həmin ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. İraq hərbçiləri Mosulun qərbinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatını davam etdirirlər.

Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanılıb.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, onun Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Həmin ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. İraq hərbçiləri Mosulun qərbinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatını davam etdirirlər.


Teqlər: İŞİD  





Xəbər lenti