Meyiti tapılan neftçinin kimliyi məlum oldu

Meyiti tapılan neftçinin kimliyi məlum oldu
  05 Mart 2017    Oxunub:1257
Bu gün "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında tapılan kişi meyitinin itkin düşən neftçi olduğu dəqiqləşib.
“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı cəsədin Nərimanov adına NQÇİ-dəki qəzada itkin düşmüş neftçi Bəhramov Cavidə məxsus olduğunu bildirib.

Meyit ailəsi tərəfindən tanınsa da, hələlik onlara verilməyib.

Hazırda müəyyən dəqiqləşdirmə işləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti