Somalidə 110 nəfər acından ölüb

Somalidə 110 nəfər acından ölüb
  05 Mart 2017    Oxunub:1378
Somalidə quraqlığın hökm sürdüyü regionda son iki gündə azı 110 nəfər aclıqdan ölüb. Bu barədə ölkənin baş naziri Həsən Əli Hayre məlumat verib.

Ria Novostinin verdiyi xəbərə görə, hakimiyyət orqanları ölkədə milli fəlakət elan olunduğu çərşənbə axşamından bəri ilk dəfədir həlak olanların sayın barədə məlumat açıqlayıb. Həmin rəqəmlər yalnız ölkənin cənub-qərbindəki Bay regionu üzrədir.

BMT-nin hesablamalarına görə, Afrika ölkəsinin 5 milyonadək sakini artan aclıq təhlükəsi fonunda yardıma ehtiyac duyur.

AzVision.az



Teqlər:





Xəbər lenti