“Əl-Qaidə”nin Yəməndəki lideri öldürülüb

“Əl-Qaidə”nin Yəməndəki lideri öldürülüb
  04 Mart 2017    Oxunub:1125
Yəməndə ABŞ-ın hava zərbələri nəticəsində “Əl-Qaidə” rəhbərlərindən biri məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə "NBC" teleşirkəti məlumat yayıb.

Qeyd olunub ki, öldürülən şəxs Üsamə Heydərdir. Onunla birlikdə vurulan avtomobildə bir neçə silahlı olub.

Qeyd edək ki, son iki gündə ABŞ “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı qanadının terror planının qarşısını almaq məqsədilə qruplaşmanın mövqelərinə 30 dəfə zərbə endirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Terror  





Xəbər lenti