Türkiyədən Almaniyaya sərt mesaj: “Narahatıq...”

Türkiyədən Almaniyaya sərt mesaj: “Narahatıq...”
  04 Mart 2017    Oxunub:1846
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə alman həmkarı Ziqmar Qabriel arasında telefon danışığı baş tutub. Almaniyanın Ankaradakı səfiri Martin Erdman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata əsasən Çavuşoğlu həmkarına Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək aksiyaların ləğvi ilə əlaqədar narahatlığını çatdırıb.

Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəliblər.

Qeyd edək ki, ötən gün Almaniyanın Ankaradakı səfiri Martin Erdman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə görüş zamanı XİN nümayəndələri Almaniya rəhbərliyinin Türkiyə ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə planlaşdırılan mitinqin keçirilməsinə icazə verilməməsi ilə bağlı narahatlığını izah ediblər

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti