Bir ailənin 4 üzvü qətlə yetirildi

Bir ailənin 4 üzvü qətlə yetirildi
  04 Mart 2017    Oxunub:1458
Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.
Hadisə Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində baş verib.

Məlumata əsasən yanğınsöndürənlər mənzildə baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkarlayıblar. İlkin məlumatlara görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti