"ABŞ Qarabağın həllinə fəal köməyini davam etdirəcək" - Tillerson

"ABŞ Qarabağın həllinə fəal köməyini davam etdirəcək" - Tillerson
  04 Mart 2017    Oxunub:1634
ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Qeyd olunub ki, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər, prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib" - məlumatda deyilir.

AzVision.az


Teqlər: ABŞ   Qarabağ   Ermənistan  





Xəbər lenti