Londonda güclü partlayış baş verib

Londonda güclü partlayış baş verib
  04 Mart 2017    Oxunub:1423
Londonun mərkəzində yerləşən binada güclü partlayış baş verib.
AzVision.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00 radələrində baş verən partlayışa səbəb qaz sızması olub.

Qonşu evlərin sakinləri evakuasiya olunub. Yaxınlıqdakı yollar bağlanıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəlib. İstintaqın versiyasına görə, hadisə terror aktı deyil.

AzVision.az


Teqlər: London   partlayış  





Xəbər lenti