Kraliça II Elizabetin maaşı artırılır - 76 milyon

Kraliça II Elizabetin maaşı artırılır - 76 milyon
  04 Mart 2017    Oxunub:1294
Böyük Britaniya parlamenti kraliça II Elizabetin illik gəlirini artırmağa hazırlaşır.
AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, parlamentin aşağı palatasında təsdiqlənən qanun layihəsinə görə, kraliçanın kral ailəsinə bağlı şirkətlərdən aldığı faiz payı 15 faizdən 25 faizədək artırılacaq. Bu təqdirdə kraliça Elizabetin illik gəliri 76 milyon funt sterlinqə çatacaq.

Böyük Britaniya kraliçası II Elizabetin rəhbərlik etdiyi kral ailəsinin sərvəti ailəyə bağlı şirkətlər, daşınmaz əmlak, incəsənət kolleksiyaları və zinət əşyaları ilə birlikdə 20 milyard funt sterlinq təşkil edir. Təkcə Bukingem sarayının dəyərinin 2 milyard funt sterlinqdən yuxarı olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti