Dumanın eks deputatına həbs qərarı - Dələduzluq ittihamı

Dumanın eks deputatına həbs qərarı - Dələduzluq ittihamı
  04 Mart 2017    Oxunub:996
Moskvanın Basman rayon məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qiyabi həbsinə icazə verib.
AzVision.az "TASS"-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 127 milyon rubl dəyərində binanı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Bundan başqa bildirilib ki, eks-deputat istintaqdan qaçır, işin araşdırılmasına mane olur.

Qarşı tərəf isə məhkəmənin çıxardığı qərarla bağlı şikayət vermək niyyətindədir.

Qeyd edək ki, hazırda Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov Rusiyada olmadığı üçün axtarışa verilib.

AzVision.az




Teqlər:





Xəbər lenti