Partlayışda yaralanan erməni əsgərlərin adı açıqlandı - Yenilənib
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.
**
17:19
Qarabağda müddətli hərbi qulluqçular döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb. Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.
AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, fevralın 28-i baş verən hadisə nəticəsində 3 nəfər məcburi hərbi qulluqçu - Narek Gevork Qriqoryan, Perc Armeni Qabrielyan, Erik Samvel Sahakyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar dərhal hospitala aparılıblar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan