Prokuror 38 nəfərə 2988 dəfə ömürlük həbs istəyib

Prokuror 38 nəfərə 2988 dəfə ömürlük həbs istəyib
  03 Mart 2017    Oxunub:1172
Ankara Prokurorluğu Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı əsas iddanamə üzrə istintaqı yekunlaşdıraraq məhkəməyə göndərib.
AzVision.az-ın “sözcü”yə istinadən verdiyi xəbərə görə, ittiham aktında bir nömrəli şübhəli şəxs qismində FETÖ lideri Fəthullah Gülənin adı qeyd edilib.

2581 səhifəlik ittiham aktında 221 təqsirləndirilən şəxsin adı daxil edilib. Təqsirləndirilən 221 nəfərdən 38-nə 2988 dəfə ömürlük həbs cəzasının verilməsi tələb edilib.

Qeyd edək ki, ittiham aktına zərərçəkmişlərin siyahısı da əlavə olunub. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Hülusi Akar da ərizə verərək siyahıya daxil olublar.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti