Putinin səfərindən sonra administrasiya rəhbəri dəyişdi

  01 Mart 2017    Oxunub : 1126
Putinin səfərindən sonra administrasiya rəhbəri dəyişdi
Qırğızıstan Prezidenti Almazbek Atambayev ölkə administrasiyasına yeni rəhbər təyin edib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Prezident Administrasiyasının yeni rəhbəri 39 yaşlı Sapar İsakovdur. O, daha əvvəl administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Prezident Administrasiyasının əvvəlki rəhbəri Fərid Niyazov dövlət başçısının müşaviri təyin edilib.

Maraqlıdır ki, Almazbek Atambayev ötən gün Putinin səfərindən sonra bu təyinatı həyata keçirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: #Putin