“ABŞ-dakı etirazları Obama təşkil edib” - Tramp
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.
Tramp bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. O, bu cür xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.
Tramp, həmçinin bəyan edib ki, Obama və komandası ABŞ-dakı etirazların təşkili ilə məşğul olub.
Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.
Eldar Tanrıverdiyev
AzVision.az