ABŞ-da təyyarə evlərin üstünə düşüb

ABŞ-da təyyarə evlərin üstünə düşüb
  28 Fevral 2017    Oxunub:1337
ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə AzVision.az "TASS" agentliyinə istinadən xəbər verir.

Məlumatan əsasən Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” tipli yüngülmotorlu təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub. Qəzanın baş vermə səbəbi araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti