Amerikalıların 48%-i Trampı dəstəkləmir - SORĞU

Amerikalıların 48%-i Trampı dəstəkləmir - SORĞU
  27 Fevral 2017    Oxunub:1873
Amerikalıların 42%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini nisbətən bəyənir və bu, yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.

"NBC News" telekanalı və "Wall Street Journal" nəşrinin keçirdiyi son birgə sorğuya əsasən, amerikalıların 48%-i Donald Trampı dəstəkləmir.

Eyni zamanda, respondentlərin 44%-i onun fəaliyyətini müsbət qiymətləndirib.

Rəyi soruşulanların 32%-i isə D.Trampın öz vəzifələrinin icrasının öhdəsindən gələ bilmədiyini düşünür.

Qeyd edək ki, sorğu fevralın 18-dən 22-dək keçirilib.

Bundan başqa, "Gallup"un müxtəlif sorğularına əsasən, D.Trampın prezident kimi postda olduğu 4 həftəlik müddətdə orta reytinqi 42% təşkil edir və bu da yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.(Report)

AzVision.az



Teqlər: #Tramp   #Amerika   #Sorğu  





Xəbər lenti