Avropa İttifaqı Belarusa sanksiya tətbiq etdi

Avropa İttifaqı Belarusa sanksiya tətbiq etdi
  27 Fevral 2017    Oxunub:1511
Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin daha biri il – 28 fevral 2018 ilə qədər uzadılması barədə qərar qəbul edib. AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məhdudlaşdırıcı tədbirlərdə silah və dondurulmuş aktivlərin tədarükü daxildir.
Məhdudlaşdırıcı tədbirlərdə silah və dondurulmuş aktivlərin tədarükü daxildir.

Bundan əlavə, dörd Belarus vətəndaşına da sanksiya tətbiq edilib. Şəxslərə qarşı tətbiq olunan sanksiyalara hesabların dondurulması və Aİ ərazisinə girişin məhdudlaşdırılması daxildir.

Qeyd edək ki, daha əvvəl Aİ Belarus prezidenti Aleksandr Lukaşenko daxil olmaqla, 170 Belarus vətəndaşına qarşı sanksiyaları ləğv etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: #Aİ   #Belarus   #Lukaşenko  





Xəbər lenti