Xocalı soyqırımı Böyük Britaniyada anılıb
K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib.
Cəmiyyətin sədri çıxışında daha sonra, Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan dəhşətli soyqırım cinayəti kimi dəyərləndirərək, bu soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayaraq günahkarların cəzalandırılmasının vacibliyini bildirib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.
AzVision.az
Teqlər: