Nazirin kortejinə silahlı hücum edildi

Nazirin kortejinə silahlı hücum edildi
  27 Fevral 2017    Oxunub:3769
Türkiyənin Koceli vilayətində ölkənin müdafiə naziri Fikri İşıkın koretjinə hücum olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İşık vilayətin Dilivase rayonunda görüşlər keçirib, daha sonra onun korteji Derincə istiqamətində hərəkət edib. Məhz bu vaxt naməlum avtomobildən kortejə atəş açılıb.

Polislər həmin avtomobili saxlaya bilib. Avtomobildə olan şəxslər tutularaq polisə bölməsində aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: #Nazir   #Türkiyə  





Xəbər lenti