Binəli Yıldırım: “Xocalı türk millətinin ortaq dərdidir”

Binəli Yıldırım: “Xocalı türk millətinin ortaq dərdidir”
  27 Fevral 2017    Oxunub:1442
Türkiyənin baş naziri Binəli Yıldırım özünün “twitter” səhifəsində “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı status paylaşıb.
AzVision.az-ın məlumatına görə, baş nazir 25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyib.

“1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədilib. O gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, B.Yıldırım bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti