Çavuşoğlu Məmmədyarova zəng etdi - Cəbhədəki döyüşlərlə bağlı
Türkiyə XİN-in yaydığı məlumatda şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.
Məlumatda o da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə, həmçinin, Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də qeyd edib.
Xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarlı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat alıb (APA).
Teqlər: #Cəbhə