ATƏT-dən cəbhədəki döyüşlərlə bağlı bəyanat

ATƏT-dən cəbhədəki döyüşlərlə bağlı bəyanat
  26 Fevral 2017    Oxunub:8245
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri, eləcə də digər mənbələrin məlumatlarına əsasən,
fevralın 25-də səhər saatlarında qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan atəşkəs rejiminin ciddi şəkildə pozulması qeydə alınıb. Çoxlu sayda cəsəd neytral zonada qalıb və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə, ağır silahlardan istifadəni dayandırmağa və ATƏT sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar.

Həmsədrlər, həmçinin tərəflərə güc tətbiq etməmək barədə öhdəliklərini xatırladıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti