İsrailin fantastik silahı: `Dəmir Günbəz`dən sonra `Dəmir Şüa` (VİDEO)

İsrailin fantastik silahı: `Dəmir Günbəz`dən sonra `Dəmir Şüa` (VİDEO)
  24 Fevral 2017    Oxunub:89403
İsrail Müdafiə Ordusu (İDF) ölkə sərhədlərində dünyada ilk dəfə lazer əsasında hava hücumundan müdafiə sistemi yerləşdirməyə hazırlaşır.

AzVision.az xəbər verir ki, “Dəmir şüa” (Iron Beam) adlanan yeni sistem İsrail ordusunun podratçısı "Rafael Advanced Defense System"s şirkəti tərəfindən yaradılıb.

Sistem Çaxal ordusunun imkanlarını artıraraq onlara Fələstinin “Həmas” təşkilatının atdığı raketləri lazerlə məhv etmək imkanı verəcək.

İsrail KİV-nin yazdığına görə, bu sistem, həmçinin İsrailin məşhur “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün trayektoriyası az olan minaatan bombalar, kiçik məsafəli raketlər və artilleriya mərmilərini “milçək kimi vurmaq” iqtidarına malikdir.

Hər iki sistem “Dəmir günbəz” və “Dəmir şüa” İsrail Müdafiə Ordusu tərəfindən maliyyələşdirilən və ABŞ tərəfindən zəmanət verilən “Rafael Advanced Defense Systems Ltd” şirkəti tərəfindən yaradılıb.

“Rafael Advanced Defense Systems Ltd” şirkətinin rəsmisi “Daily Mail”ə bildirib ki, yeni sistem lazer sahəsində davam edən beş illik araşdırmanın nəticəsidir.

“Yeni sistem “Ulduz müharibələri”ndəki futuristik texnologiyanın real versiyasıdır. Bu, olduqca dəqiq və istənilən zərərdən yayınmağa imkan verən texnologiyadır. Siz lazerlərdən istifadə edirsinizsə, deməli limitsiz darağınız var”, - deyə şirkətin mətbuat katibi Amit Zimmer bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti