Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq
  24 Avqust 2013    Oxunub:1280
Azərbaycan ərazisində yağmursuz hava gözlənilir
Sabah hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Avqustun 25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti