Tramp ailəsi bir ayda 11.3 milyon dollar xərcləyib

Tramp ailəsi bir ayda  11.3 milyon dollar xərcləyib
  20 Fevral 2017    Oxunub:1836
ABŞ prezidenti Donald Tramp və ailəsinin bir aylıq tətil xərcləri sələfi Barak Obamanın 1 illik xərclərini geridə qoyub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın yanvarın 20-də keçirilən andiçməsindən bu günə qədər Floridadakı Mar-a-Logo adlı malikanəsinə etdiyi üç səfər və oğullarının xarici səfərləri 11.3 milyon dollara başa gəlib.

Qeyd edək ki, rəsmi göstəricilərə görə sabiq prezident Barak Obamanın 8 illik prezidentliyi dövründə illik xərcləmələri orta hesabla 12.1 milyon dollar olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti