Bu gün 34 dərəcə isti olacaq

Bu gün 34 dərəcə isti olacaq
  24 Avqust 2013    Oxunub:1444
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti